Anar Məmmədov Goranboyda vətəndaşları qəbul etdi - Fotolar

anar-memmedov-goranboyda-vetendaslari-qebul-etdi
Oxunma sayı: 1625

Milli Məclisin 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə deputatı Anar Məmmədov Goranboy rayonunda vətəndaşları qəbul edib. 

“Qafqazinfo” xəbər verir ki, Goranboy rayonu Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Rayon İcra Hakimiyyətinin başçısının müavini, YAP Goranboy rayon təşkilatının sədri, şəhid ailələri, qazilər, ağsaqqallar və ziyalılar iştirak edib.

Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Goranboy rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram ifadə edilib.

Vətəndaşların müraciətləri əsasən, qaz xəttinin çəkilişi, məhəllələrin abadlaşdırılması, həyətlərin işıqlandırılması, iş ilə təmin və s. məsələlərlə bağlı olub.

Milli Məclisin deputatı tərəfindən qəbul edilən sakinlərin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb. Bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verilib.

Rayon sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.