Bakıda tələbələr saqqala görə dərsə buraxılmayıb? - Video

bakida-telebeler-saqqala-gore-derse-buraxilmayib
Oxunma sayı: 2640

Bakı Biznes Universitetində təhsil alan tələbələr saqqala görə dərsə buraxılmayıblar.

“Qafqazinfo” Baku TV-yə istinadən xəbər verir ki, nəticədə onlar dərslərdən geri qaldıqlarını, qayıb limitini doldurduqlarına görə imtahana buraxılmadıqlarını deyiblər.

“Səhər tezdən universitetə gəlmişəm, saqqala görə dərsə buraxmırlar. Hansı qanunda yazılıb ki, saqqallı tələbə dərsə daxil ola bilməz?”, - deyə tələbə öz narazılığını bildirib.

Narazılıq edənlər arasında qızlar da var. Onların sözlərinə görə, universitetdə bəzi geyimlərə də qadağa qoyublar.

Məsələ ilə bağlı universitetin prorektoru Cavidan Heydərov bildirib ki, tələbələrin saqqala görə dərsə buraxılmamaları həqiqəti əks etdirmir.

Daha ətraflı videoreportajda: