ABŞ-də avtomobil aeroportun girişinə çırpıldı - Video

abs-de-avtomobil-aeroportun-girisine-cirpildi
Oxunma sayı: 342

ABŞ-nin Detroyt şəhərində avtomobil hava limanının girişinə çırpılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Məlumata görə, “Mercedes” markalı avtomobil hava limanı binasının içərisinə daxil olduqdan sonra bilet köşklərinə çırpılıb. Hadisə zamanı xəsarət alan 6 nəfərə yerində tibbi yardım göstərilib. 

Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Avtomobilin sürücüsü saxlanılıb, faktla bağlı araşdırma aparılır.