DÇ-2026-da İsveçrə millisi Kanada yığmasını məğlub edib.
“Qafqazinfo” xəbər verir ki, Vankuverdəki “BC Place” stadionunda keçirilən B qrupunun III turunun matçında Avropa təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.
Gərgin keçən qarşılaşmada İsveçrənin qollarını 46-cı dəqiqədə Ruben Varqas və 57-ci dəqiqədə Joan Manzambi vurublar. Kanada millisinin heyətində isə 76-cı dəqiqədə Promis Akinpelu fərqlənməklə komandasının təsəlli qoluna imza atıb.
Bu qələbə sayəsində xallarının sayını 7-yə çatdıran İsveçrə B qrupunu lider olaraq tamamlayıb və 1/16 finala yüksəlib. Kanada isə məğlubiyyətə baxmayaraq, 4 xalla qrup ikincisi kimi pley-off mərhələsinə vəsiqə qazanıb.
Son xəbərlər
Son Xəbərlər