Qətər mundialla vidalaşdı, Bosniya isə şansını saxlayır

qeter-mundialla-vidalasdi-bosniya-ise-sansini-saxlayir
Oxunma sayı: 354

DÇ-2026-da Bosniya və Herseqovina millisi Qətər yığmasına qalib gəlib.

“Qafqazinfo” xəbər verir ki, Sietldakı “Lumen Field” stadionunda keçirilən B qrupunun III turunun matçında Avropa təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.

Qarşılaşmada bosniyalıların heyətində 29-cu dəqiqədə Kerim Alaybeqoviç və 80-ci dəqiqədə Ermin Mahmiç fərqləniblər. Matçın 34-cü dəqiqəsində isə Qətər millisinin üzvü Sultan Əl-Brake topu öz qapısına göndərib. Qətər yığmasının yeganə təsəlli qoluna isə 42-ci dəqiqədə təcrübəli hücumçu Həsən Əl-Heydos imza atıb.

Qeyd edək ki, bu qələbə sayəsində xalını 4-ə çatdıran Bosniya və Herseqovina B qrupunu üçüncü sırada başa vurub və ən yaxşı qrup üçüncülərindən biri kimi pley-offa adlamaq şansını qoruyub. Aktivində cəmi 1 xal olan Qətər isə turnirlə vidalaşıb.