ABŞ-də milyonda bir hadisə gerçəkləşdi

abs-de-milyonda-bir-hadise-gerceklesdi
Oxunma sayı: 12186

ABŞ-də qadın iki gün ard-arda 2 uşaq dünyaya gətirib.

“Qafqazinfo” xarici KİV-ə istinadla xəbər verir ki,  ikiqat uşaqlıqlı Kelsi Hatçer adlı qadın bir gün fərqlə iki dəfə uşaq dünyaya gətirib.

Mütəxəssislər qadınların 0,03 %-də ikiqat uşaqlıq müşahidə edildiyini deyiblər.  Bu halda əkiz körpə olma ehtimalı milyonda bir olur.

32 yaşlı Hatçer Alabama Universitetinin Xəstəxanasında uşaq dünyaya gətirib. O, dekabrın 21-də ilk qızını, 22-də isə ikinci qızını dünyaya gətirib.

Hatçer nadir hamiləlikdən və 20 saatdan çox çəkən doğuşdan sonra körpələri ilə birlikdə evə buraxılıb.

Hatçer sosial media hesabında ona qayğı göstərən həkim heyətinə təşəkkür edib və Yeni il tətilini qızları ilə birlikdə keçirəcəyini bildirib.

Qeyd edək ki, bundan öncə 2019-cu ildə Banqladeşdə ikiqat uşaqlığı olan qadının bir ay fərqlə əkiz uşaq dünyaya gətirdiyi bildirilir.