ABŞ-də “Tiktok” bağlana bilər

abs-de-tiktok-baglana-biler
Oxunma sayı: 1008

ABŞ Konqresi “Tiktok” barədə yeni qərar qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Qəbul edilmiş qərara görə, “Tiktok” ABŞ-də fəaliyyət göstərmək istəyirsə, Çinlə əlaqəni kəsməlidir.

Əks halda platforma ölkədə qadağan ediləcək.

Qeyd olunub ki, bununla bağlı müvafiq qərar artıq Nümayəndələr Palatasından Senata göndərilib.