Gecə 3-də sükan arxasında öldü

gece-3-de-sukan-arxasinda-oldu
Oxunma sayı: 312

İmişli rayonunda sürücü sükan arxasında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə sentyabrın 16-sı saat 03 radələrində İmişli şəhəri Zəfər prospektində baş verib.

Qaralar kənd sakini 1950-ci il təvəllüdlü Valeh Mehdiyev “Mercedes” markalı avtomobilində qəfil vəfat edib.

Onun infarktdan öldüyü bildirilib.

Araşdırma aparılır.