Tualetə vaxt limiti qoydular - 10 dəqiqədən sonra qapı açılacaq

tualete-vaxt-limiti-qoydular
Oxunma sayı: 336

Nyu-Yorkda açılacaq yeni ictimai tualetlərdən istifadə üçün 10 dəqiqəlik vaxt limiti müəyyən edilib. 

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şəhərin meri Zöhran Mamdani mətbuat konfransında bildirib. 

“Bu tualetlərdə müəyyən vaxtdan sonra xəbərdarlıq üçün işıq siqnalları yanıb-sönməyə başlayacaq”, - Mamdani jurnalistin bu cür yerlərdə narkomaniya, fahişəlik və evsizlərlə necə mübarizə aparılacağı barədə sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, 10 dəqiqəlik müddət başa çatdıqdan sonra qapılar avtomatik açılacaq.   

Ümumilikdə şəhərdə pilot layihə çərçivəsində 17 modul tualet quraşdırılacaq. Saat 07:00-dan 22:00-dək işləyəcək tualetlərdən istifadə üçün xüsusi tətbiq və ya kart tələb olunacaq.