Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı

kamilo-duran-ilk-defe-kolumbiya-millisine-cagirildi
Oxunma sayı: 142

Bu yay “Qarabağ”dan “Seltik”ə transfer olunan Kamilo Duran karyerasında ilk dəfə Kolumbiya millisinə dəvət alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Şotlandiya klubunun baş məşqçisi Martin O’Nil mətbuat konfransında məlumat verib.

O bildirib ki, Duran komandanın düşərgəsində deyil və viza almaq üçün Londona yollanıb: “Vizaya görə Londona getməli idi. Kolumbiya milli komandasına çağırılıb və bunu həll edə biləcəyi yeganə vaxt bu səhər idi”.

Qeyd edək ki, “Seltik”in aparıcı futbolçularından birinə çevrilmiş Kamilo Duran Şotlandiya klubundakı ilk 10 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə edib.