ABŞ Hörmüz ətrafına ardıcıl zərbələr endirib

abs-hormuz-etrafina-ardicil-zerbeler-endirib
Oxunma sayı: 205

ABŞ Hörmüz boğazı yaxınlığında yeni zərbələr endirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, ABŞ qüvvələri yerli vaxtla gecə saatlarında Sirik şəhəri və Qeşm adası ətrafındakı əraziləri hədəfə alıb.

Məlumata əsasən, ilk zərbələr saat 00:55-də Sirik yaxınlığında yerləşən bir nöqtəyə endirilib. İki dəqiqə sonra isə Qeşm adası yaxınlığında daha bir hücum həyata keçirildiyi bildirilib.

Agentliyin məlumatında daha sonra ABŞ qüvvələrinin Bəndər Abbas şəhərinin şərqində, Hörmüz boğazına yaxın ərazidə də zərbə endirdiyi qeyd olunub. Hücumun yerli vaxtla saat 01:27-də baş verdiyi qeyd edilir.