“ABŞ ilə danışıqların bərpası barədə qərar verməmişik”

abs-ile-danisiqlarin-berpasi-barede-qerar-vermemisik
Oxunma sayı: 272

“Biz hələ ABŞ ilə danışıqların bərpası barədə qərar verməmişik”.

“Qafqazinfo” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Tasnim” xəbər agentliyinə müsahibəsində deyib.

ABŞ ilə “atəşkəs”in uzadılıb-uzadılmayacağı ilə bağlı suala cavab verən Əraqçi iyunun 17-də İran və ABŞ arasında imzalanan anlaşma memorandumunda söhbətin “atəşkəs”dən deyil, “müharibənin sonundan” getdiyini bildirib.

“ABŞ anlaşma memorandumunu pozdu və münaqişənin yenidən başladığının şahidi olduq. Amma indi uzadılmalı olan atəşkəs yoxdur. Əksinə, müharibə başa çatmışdı və indi yeni forma alıb”, - deyə Əraqçi bildirib.

Əraqçi Qətər və Pakistanın İranla ABŞ arasında vasitəçilik etdiyini, lakin bunun hələ danışıqlar anlamına gəlmədiyini bildirib.

“Qətər və Pakistan vasitəçi kimi yalnız mesaj mübadiləsi aparır və əlaqə saxlayırlar, lakin bu, danışıqlar demək deyil”, - deyə İran XİN rəhbəri vurğulayıb.

Əraqçi İran və Oman arasında Hörmüz boğazında “təhlükəsiz marşrut” yaradılması ilə bağlı danışıqların davam etdiyini açıqlayıb.

Onun sözlərinə görə, marşrut müəyyənləşdirilsə belə, boğazın açılması ABŞ-nin yerinə yetirməli olduğu digər şərtlərdən asılı olacaq.

“Marşrut müəyyən edildikdən sonra belə, boğazın açılması ABŞ-nin riayət etməli olduğu digər şərtlərin yerinə yetirilməsindən asılıdır”, - deyə Əraqçi bildirib.