ABŞ TikTok-u qadağan etmək üçün 30 gün vaxt verdi

abs-tiktok-u-qadagan-etmek-ucun-30-gun-vaxt-verdi
Oxunma sayı: 2953

ABŞ administrasiyası TikTok sosial platformasına qadağa tətbiq etmək üçün dövlət qurumlarına 30 gün vaxt verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Amerika xalqının təhlükəsizlik və məxfiliyini qorumaqdır.

Bildirilib ki, TikTok qadağası milli  hüquq-mühafizə və təhlükəsizlik araşdırmalarında istifadə edilən rəsmi cihazları əhatə etməyəcək.