AFFA “Qarabağ”ı azarkeşlərinin təhqirlərinə görə 6 min manat cərimələdi

affa-qarabagi-azarkeslerinin-tehqirlerine-gore-6-min-manat-cerimeledi
Oxunma sayı: 258

AFFA İntizam Komitəsinin iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Misli Premyer Liqasının 9-cu turunda “Sabah”la qarşılaşan “Qarabağ” 6 min manat cərimə olunub. 

Buna səbəb isə Ağdam klubunun azarkeşlərinin rəqib ünvanına təhqiramiz ifadələr işlətməsi olub. 

Digər cəzalar isə aşağdakı kimidir:

Misli Premyer Liqasında IX turun “Neftçi”– “Turan Tovuz” oyununun 29-cu dəqiqəsində “Neftçi” komandasının 5 nömrəli futbolçusu İqor Ribeyro ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Neftçi” komandası 1000 manat cərimə edilsin.

“İmişli”– “Şamaxı” oyununda “Şamaxı” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı” komandası 700 manat cərimə edilsin.

 “Sabah”– “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən stadionda 27 ədəd skamya sındırıldığına görə stadiona dəymiş zərər “Qarabağ” komandası tərəfindən qarşılansın.