Ağ Ev ABŞ-nin Azərbaycandakı yeni səfiri postuna namizəd irəli sürüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Ağ Evin saytında yer alıb.
Bildirilib ki, sözügedən vəzifəyə Virciniya ştatından Aleksandr Aldenin namizədliyi irəli sürülüb.
Təyinat təsdiqlənməsi üçün Senata göndərilib.
Xatırladaq ki, ABŞ-nin Azərbaycandakı daha əvvəlki səfiri Mark Libbi idi. 2024-cü ilin dekabrından 2025-ci ilin yanvarına qədər həmin postu tutan M.Libbi səhhəti ilə bağlı problemlərə görə diplomatik xidmətdən istefa verib.
Son xəbərlər
Son Xəbərlər