Balakən rayonu, Mahamalar kəndində fərdi yaşayış evində yanğın baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 448kv.m. olan ikimərtəbəli fərdi yaşayış evinin dam örtüyündə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları 78kv.m. sahədə yanıb.
Evin böyük hissəsi yanğından mühafizə olunub.
Son xəbərlər
Son Xəbərlər