Baku Medical Plazadan qayğı dolu təşəbbüs - Fotolar

baku-medical-plazadan-qaygi-dolu-tesebbus
Oxunma sayı: 223

“1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”ndə Baku Medical Plaza Klinikalar Şəbəkəsinin kollektivi Nazlı Ana Xeyriyyə təşkilatı tərəfindən təşkil olunan sosial layihələrdə iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, klinikalar şəbəkəsinin peşəkar həkim komandası tərəfindən İsmayıllı rayonu Tağlabiyan kəndində yerləşən Rəfail Məmmədov adına orta məktəbin şagirdləri ziyarət olunub. Səfər zamanı məktəblilərin tibbi müayinələri həyata keçirilib. Şagirdlərlə yanaşı sakinlərin də sağlamlıq vəziyyəti yerində yoxlanılıb və lazımi tibbi tövsiyələr verilib.

Digər sosial aksiya çərçivəsində Baku Medical Plaza klinikalar şəbəkəsi Nazlı Ana Fondunun dəstəyi ilə “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində yaşayan 15 azyaşlının tibbi müayinələrini həyata keçirib.

Klinikanın pediatr, ginekoloq, radioloq, kardioloq və digər ixtisaslı həkimləri tərəfindən uşaqların sağlamlıq vəziyyətinə baxış keçirilib. Müayinələr zamanı onların sağlamlığının qorunması və həssas sosial qruplara göstərilən dəstəyin vacibliyi xüsusi vurğulanıb.

Baku Medical Plaza klinikalar şəbəkəsi 15 ildən artıqdır ki, ölkəmizdə müasir standartlara cavab verən yüksək səviyyəli tibbi xidmətləri ilə insanların sağlamlığının qorunmasında xüsusi yer tutur. Klinikanın Babək, Mərkəz, Medilux və IMC-2 filiallarının peşəkar həkim heyəti müasir müalicə metodları ilə əhalinin sağlam və təhlükəsiz gələcəyini daim diqqətdə saxlayır, ölkəmizdə tibb sahəsinin inkişafına töhfə verməyə davam edir.