37 yaşlı kişi öldürüldü - Qaynı saxlanıldı

37-yasli-kisi-olduruldu
Oxunma sayı: 1645

Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə ötən gün rayonun 28 May qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, Yevlax sakini 1989-cu il təvəllüdlü Qəlbinur Məmmədov yaşadığı evdə bıçaqlanaraq qətlə yetirilib. Hadisədə onun bacısının əri, 30 yaşlı Taleh Qurbanov şübhəli bilinir. 

Yevlax sakini olan T.Qurbanov artıq hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı