Küveyt İrana xəbərdarlıq etdi

kuveyt-irana-xeberdarliq-etdi
Oxunma sayı: 549

Küveyt İran tərəfindən ölkə ərazisinə zərbələr endirilməsini pisləyir. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Küveyt Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşılan bəyanatda deyilir. 

“Küveyt dövləti beynəlxalq hüquqa uyğun olaraq bu cinayətkar hücumlara görə İranın tam məsuliyyət daşıdığını bəyan edərək, öz təhlükəsizliyini təmin etmək və ərazisini qorumaq üçün zəruri tədbirlər görmək hüququnu tam şəkildə özündə saxlayır”, - Küveyt tərəfi bəyan edib. 

Qeyd edək ki, bir neçə saat əvvəl Küveyt ordusu hava hücumundan müdafiə qüvvələrinin raket və pilotsuz uçuş aparatlarının hücumunu dəf etdiyini açıqlayıb.

Küveyt ərazisində ABŞ-yə məxsus 3 böyük baza yerləşir. Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Qoruk rayonunda və Keşm adasında İranın hava hücumundan müdafiə sistemlərinin, yerüstü idarəetmə məntəqələrinin və iki zərbə dronunun məhv edildiyini bildirib. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə ABŞ-nin İran ərazisinə hücumun həyata keçirildiyi hava bazasına cavab zərbəsi endirdiyini bəyan edib.