Ağcabədidə kanaldan 40 yaşlı qadın meyiti tapıldı

agcabedide-kanaldan-40-yasli-qadin-meyiti-tapildi
Oxunma sayı: 500

Ağcabədi rayonunda kanaldan qadın meyiti aşkarlanıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Yuxarı Qarabağ kanalının rayonun Təzəkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, suda aşkarlanan meyitin Tərtər rayonunun Köçərli kənd sakini, 1986-cı il təvəllüdlü Əfsanə Məzahir qızı Rüstəmovaya aid olduğu müəyyən edilib.

Meyit aidiyyəti qurumların əməkdaşları tərəfindən sudan çıxarılaraq müvafiq qaydada təhvil verilib.

Hadisənin başvermə səbəblərinin dəqiqləşdirilməsi məqsədilə araşdırma aparılır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaq tədbirləri davam etdirilir.

Ziya Əmirxanlı