Ağdamda ağır qəza - Ölən var+Yenilənib-Foto

agdamda-agir-qeza
Oxunma sayı: 733

Ağdamda ağır qəza baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Çəmənli kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “KİA” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı sürücü və sərnişin ağır xəsarət alıb.

Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Qəza zamanı xəsarət alanların kimliyi məlum olub.

Belə ki, xəsarət alanlar rayon sakinləri Musayev Cavid Əli oğlu və Abdullazadə İlkin Zamiq oğludur.

***

Qəza zamanı ağır xəsarət alan Musayev Cavid Əli oğlu həyatını itirib.

Ziya Əmirxanlı