Ağdamda traktor minaya düşdü - Yenilənib

agdamda-traktor-minaya-dusdu
Oxunma sayı: 1857

Ağdamda traktor minaya düşüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Sarıcalı kəndi ərazisində baş verib.

Belə ki, traktorçu K-700 markalı traktorla ərazidə yer şumlayan zaman tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində traktor yararsız vəziyyətə düşsə də, traktorçu xəsarət almayıb.

Hazırda aidiyyəti qurumların əməkdaşları hadisə yerində araşdırma aparır.

***

Ağdam Sarıcalı kəndi ərazisində traktorla minaya düşən Sarıyev Elmdar Xan oğlu Abbas Səhhət adına Gəncə Birləşmiş Xəstəxanasına gətirilib.

Xəstəxanadan bildirilib ki, E. Sarıyev sağ qolun kəsilmiş yarası və sağ daban sümüyünün sınığı diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

Məlumat üçün bildirək ki, adıçəkilən şəxs “K-700” markalı texnika ilə sahədə şum işləri apararkən tank əleyhinə minaya düşüb.

Ziya Əmirxanlı

Yunis Quliyev