Ağdaş heyvan satışı bazarı yenidən fəaliyyətə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, qurumun qiymətləndirilməsindən sonra bazar müasir baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun yenidən təşkil olunub.
Qeyd edək ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron, Masallı, Ağsu, Sabirabad, Xaçmaz rayonlarında və Bakının Binə qəsəbəsində yerləşən heyvan bazarları fəaliyyətə başlayıb.
Xatırladaq ki, Ağdaş heyvan satışı bazarı 2024-cü ildə bağlanmışdı.
Son xəbərlər
Son Xəbərlər