Ağstafada bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Vurğun kəndi ərazisində qeydə alınıb.
Belə ki, “VAZ 2107” markalı avtomobil təmir sexinə çırpılıb. Nəticədə içəridə olan “Mercedes” markalı avtomobilə ziyan dəyib.
Qəza nəticəsində həmçinin sexdə usta kimi çalışan şəxs xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb, vəziyyəti kafidir.
Faktla bağlı araşdırma başlanılıb.
***
Ağstafada xəsarət alan şəxslərin adları bilinib.
Qəza zamanı Təbriz İbrahimov və Qiyas Mehdizadə adlı şəxslər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib.
Yunis Quliyev

Son xəbərlər
Son Xəbərlər