Erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyan istintaq təcridxanasından ev dustağlığına buraxılıb.
“Qafqazinfo” erməni KİV-ə istinadən xəbər verir ki, vətəndaşlar sahibkarı qarşılamaq üçün malikanəsinin qarşısında yığılıblar.
Xatırladaq ki, iyunun 18-də hüquq-mühafizə orqanları Samvel Karapetyanı saxlamış, daha sonra məhkəmədə konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış ittihamı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdi. İttiham onun kütləvi çıxışında “siyasətçilər bu işi yerinə yetirə bilməsələr, biz öz tərzimizlə müdaxilə edəcəyik” deməsi ilə əsaslandırılıb.
Qeyd edək ki, S. Karapetyan 4.5 milyard dollar sərvətə malikdir. O, Rusiyada sənaye və tikinti korporasiyası olan “Tashir” qrupun qurucusudur.
Son xəbərlər
Son Xəbərlər