Aİ Orta Dəhlizin inkişafına 12 milyarda qədər investisiya cəlb etməyi planlaşdırır

ai-orta-dehlizin-inkisafina-12-milyarda-qeder-investisiya-celb-etmeyi-planlasdirir
Oxunma sayı: 367

Avropa İttifaqı (Aİ) Cənubi Qafqazı və Mərkəzi Asiyanı Avropa bazarı ilə birbaşa əlaqələndirməli olan Orta Dəhlizin inkişafına 12 milyard avroya qədər investisiya cəlb etməyi planlaşdırır. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa Parlamentində ittifaqın vəziyyətində dair ənənəvi illik çıxışında məlumat verib. 

Avropa Komissiyası sədrinin sözlərinə görə, Aİ həmin sərmayəni “Global Gateway” proqramı vasitəsilə dövlət və özəl sektordan cəlb etməyi nəzərdə tutub.

Lyayen bildirib ki, burada məqsəd marşrutları diversifikasiya etmək və yükdaşıma müddətini əhəmiyyətli dərəcədə azaltmaqdır.