Naxçıvanda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Xətai məhəlləsi, ev 12 ünvanında qeydə alınıb.
Belə ki, Ordubad rayonu Aşağı Əylis kənd sakini, 1947-ci il təvəllüdlü Məmmədov Niftalı Məmməd oğlu dəm qazından boğularaq həyatını itirib.
Onun nəvələri - 2020-ci il təvəllüdlü Fatimə Məsimova, 2018-ci il təvəllüdlü Hüseyn Məsimov, 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov, 2021-ci il təvəllüdlü Əli Məsimov və 2022-ci il təvəllüdlü Həsən Məsimov dəm qazından zəhərləniblər.
Onlar Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
***
APA-nın məlumatına görə, Naxçıvanda dəm qazı sızması nəticəsində xəstəxanaya yerləşdirilən azyaşlılardan biri dünyasını dəyişib.
Uşaqların hamısı Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasına köçürülüb.
Onlardan biri 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov xəstəxanada vəfat edib.
Son xəbərlər
Son Xəbərlər