ABŞ, Kanada və Meksikada keçirilən dünya çempionatında qalmaqallar bitmir.
“Qafqazinfo” xəbər verir ki, bu dəfə Uruqvay millisinin futbolçuları çətin vəziyyətdə qalıb.
Onlar Səudiyyə Ərəbistanı ilə ilk turun oyununa gələrkən ciddi yoxlanışdan keçiblər. ABŞ polisi futbolçuların bütün çantalarını bir-bir yoxlayıb.
Bu isə komanda rəhbərliyinin etirazına səbəb olub. Polis futbolçuları sıraya düzərək onların çantalarını alıb və saatlarla yoxlama aparıb.
Son xəbərlər
Son Xəbərlər