“Akasya Durağı”ndan bezmişəm, unutmaq istədiyim işlərdən biridir”.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin məşhur “Akasya Durağı” serialının “Usman ağa”sı aktyor Cezmi Baskın deyib.
Aktyor bildirib ki, son günlərdə serialın yenidən çəkiləcəyi ilə bağlı xəbərlər eşidir:
“Eşitdim ki, serialın yeni versiyası çəkiləcək. Amma daş öz yerində ağırdır, ilk çəkilən variant həmişə ən yaxşısı olacaq”.
Qeyd edək ki, bir neçə ay əvvəl serialın yenilənmiş versiyası “Akasya Durağı Yenidən” adı ilə sentyabr ayında ekranlara qayıdacağı açıqlanmışdı.
Son xəbərlər
Son Xəbərlər