Akif Əsgərov vəfat etdi

akif-esgerov-vefat-etdi
Oxunma sayı: 3560

Azərbaycanın görkəmli heykəltaraşı, pedaqoq, Xalq rəssamı Akif İzzətulla oğlu Əsgərov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Mədəniyyət Nazirliyinin kollektivi Akif Əsgərovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”, - məlumatda qeyd olunub.

Bildirilib ki, Akif Əsgərov bu gün saat 17:00-da “Qurd Qapısı” qəbiristanlığında dəfn olunacaq.