Almaniya Silahlı Qüvvələri (Bundesver) bu həftədən etibarən Qrenlandiyada hərbi mövcudluğunu təmin etmək üçün ilk praktiki addımı atır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Nəşrin Bundestaqdakı mənbələrə istinadən yaydığı məlumata görə, 13 nəfərdən ibarət qabaqcıl kəşfiyyat qrupu yanvarın 15-i adaya yola düşəcək. Almaniya Müdafiə Nazirliyi bu missiyanın Danimarkanın dəvəti ilə həyata keçirildiyini və məqsədin regionda təhlükəsizliyin təmin olunması üçün hərbi töhfə imkanlarını araşdırmaq olduğunu təsdiqləyib.
Xatırladaq ki, Danimarka rəsmiləri Vaşinqtonda keçirilən son görüşlərdən sonra ABŞ-nin adanın ilhaqı ilə bağlı mövqeyini dəyişmədiyini, lakin Danimarkanın suverenliyinin “qırmızı xətt” olduğunu bəyan ediblər.
Son xəbərlər
Son Xəbərlər