Venesuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü

venesuelada-zelzelede-olenlerin-sayi-1900-u-otdu
Oxunma sayı: 287

Venesuelada baş verən güclü zəlzələdə ölənlərin sayı 1943 nəfərə çatıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Assambleyasının sədri Xorxe Rodriqes bildirib.

Onun sözlərinə görə, 10 min 571 nəfər xəsarət alıb, 15min 866 nəfər isə evlərini tərk etmək məcburiyyətində qalıb.

Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. Daha sonra isə cəmi 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı daha iki güclü yeraltı təkanı qeydə alınıb.