Ərdoğanla Ukrayna münaqişəsini müzakirə etdi

erdoganla-ukrayna-munaqisesini-muzakire-etdi
Oxunma sayı: 237

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət rəhbəri “X” hesabında məlumat verib.

Onun sözlərinə görə, söhbətin əsas mövzularından biri Ukrayna münaqişəsi olub.

“Bu gün prezident Ərdoğanla Aİ-Türkiyə münasibətlərinin daha da gücləndirilməsi, eləcə də mehriban qonşuluq münasibətlərinin əhəmiyyəti barədə danışmaqdan məmnun oldum”, - məlumatda deyilir.

Kallasın sözlərinə görə, söhbət zamanı Yaxın Şərqdəki vəziyyət və NATO-nun Ankarada keçiriləcək sammitinə hazırlıq məsələlərinə də toxunulub. O, Türkiyənin alyansın şərq cinahının müdafiəsinə mühüm töhfə verdiyini vurğulayıb.