Almaniya Ukraynaya yeni hərbi yardım paketini təsdiqlədi

almaniya-ukraynaya-yeni-herbi-yardim-paketini-tesdiqledi
Oxunma sayı: 2142

Almaniya Ukraynaya 500 milyon avroluq yeni yardım paketi təqdim edəcəyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius məlumat verib.

Paketdə uzaqmənzilli “Taurus” raketlərinin olmaması diqqətdən yayınmayıb.

Nazir həmçinin Çexiyanın başlatdığı təşəbbüs (sursat tədarükü) çərçivəsində Almaniyanın 180 min top mərmisini öz üzərinə götürəcəyini deyib.

Bildirib ki, artıq həmin mərmilərin Almaniyada istehsalına başlanılıb.