Volkan Demirelin istefası rəsmiləşdi

volkan-demirelin-istefasi-resmilesdi
Oxunma sayı: 2179

Türkiyənin “Hatayspor” klubunun baş məşqçi Volkan Demirelin istefası rəsmiləşib.

“Qafqazinfo”  xəbər verir ki, o, qərarını klub rəhbərliyinə bildirib.

Klubun rəhbərliyi istefanı qəbul edib və baş məşqçiyə gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, “Hatayspor”da Azərbaycan millisinin hücumçusu Renat Dadaşov da çıxış edir.

Hatay təmsilçisi hazırda Super Liqada 34 turdan sonra 33 xalla 18-ci sıradadır.