Almaniyanın yeni səfiri Bakıdadır - Fotolar

almaniyanin-yeni-sefiri-bakidadir
Oxunma sayı: 674

Almaniyanın Azərbaycana təyin edilən yeni səfiri Dirk Lölke Bakıya gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Almaniyanın ölkəmizdəki səfirliyi sosial şəbəkə hesablarında açıqlayıb.

“Qarşıdan gələn illərdə Almaniya-Azərbaycan münasibətlərini daha da gücləndirməyə, ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə həvəslə gözləyirəm”, - deyə bu gün Bakıda fəaliyyətinə başlayan səfir bildirib.

Xatırladaq ki, D.Lölke bu postda Azərbaycanda diplomatik fəaliyyəti başa çatan Ralf Horlemannı əvəz edib.