Cəlilabadda yol-nəqliyyatı hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Əsədli kəndində qeydə alınıb.
Belə ki, “Toyota Prado” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Cəlilabadda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfər (3 qadın, 2 kişi) saat 12:00 radələrində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
“Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 3 nəfər (2 kişi, 1 qadın) ambulator müalicə üçün evə buraxılıb.
1 nəfərin (qadın) vəziyyəti orta ağır qiymətləndirilib və daha ixtisaslı xidmət almaq üçün özəl tibb müəssisəsinə təxliyə olunub.
Hazırda 1 nəfərin (qadın) tibb müəssisəsinin müvafiq şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir”, - məlumatda qeyd edilib.
***
Cəlilabadda aşan maşını idarə edən Şatırlı kənd sakini 1985-ci il təvəllüdlü Kəmalə Rüstəmova olub.
Qəzada sürücü ilə yanaşı xəsarət alanlar onun övladları - 13 yaşlı Z. Rüstəmova,11 yaşlı İ. Rüstəmova və 7 yaşlı A. Rüstəmovdur.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər