NATO-nun Baş katibi Mark Rutte Reykyavikdə keçirdiyi mətbuat konfransı zamanı Şimali Atlantika Alyansını quran ölkələrin sayı ilə bağlı suala düzgün cavab verə bilməyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“İslandiya alyansın təsisçi ölkələrindən biridir. Xatırladığım qədər, 1949-cu ildə onların sayı 10 idi”, - deyə baş katib cavab verib, amma elə həmin anda orada olanlar ona düzəliş edib. Belə ki, əslində onların sayı 12 idi.
“Bəli, 1949-cu ildə onların sayı 12 idi. İslandiya isə 12 təsisçi ölkədən biri idi. O, çox mühüm NATO üzvü olaraq qalır”, - Rutte sözlərinə düzəliş edib.
Son xəbərlər
Son Xəbərlər