Evliliklərinin 26-cı ilini Antarktidada qeyd etdilər - Fotolar

evliliklerinin-26-ci-ilini-antarktidada-qeyd-etdiler
Oxunma sayı: 225

Hollivudun məşhur cütlüyü Ketrin Zeta-Cons və Maykl Duqlas evliliklərinin 26-cı ildönümünü qeyri-adi məkanda qeyd ediblər.

“Qafqazinfo” xəbər verir ki, onlar bu özəl gün münasibətilə Antarktidaya yollanıblar.

57 yaşlı aktrisa “Instagram” hesabında həyat yoldaşı ilə buzlaqlar fonunda ağ-qara fotolarını paylaşaraq yazıb: “Səni dünyanın sonuna qədər və geri dönənə qədər sevirəm! 26-cı evlilik ildönümümüz mübarək”.

82 yaşlı Maykl Duqlas isə öz növbəsində toy günlərindən arxiv foto paylaşaraq “Əla, artıq 26 il keçdi! Səni sevirəm, əzizim” sözlərini qeyd edib.

Xatırladaq ki, Ketrin Zeta-Cons və Maykl Duqlas 2000-ci ilin noyabrın 18-də Nyu-Yorkda ailə qurublar. Cütlüyün bu nikahdan Dilan Maykl Duqlas (2002) adlı oğlu və Keris Zita Duqlas (2003) adlı qızı var.