Anar Məmmədov vətəndaş qəbulu keçirdi - Fotolar

anar-memmedov-vetendas-qebulu-kecirdi
Oxunma sayı: 1615

Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonunda vətəndaşları qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, qəbuldan öncə Anar Məmmədov Ulu öndər Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb. Daha sonra Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatı aparatının inzibati binasında vətəndaşları qəbul edib.

Qəbulda YAP Goranboy rayon təşkilatının sədri, şəhid ailələrinin üzvləri və ziyalılar, rayon ağsaqqalları və ziyalıları iştirak edib.

Qəbul zamanı vətəndaşlarla fərdi qaydada görüşən millət vəkili onların müraciət və təkliflərini dinləyib. Deputat səlahiyyətlərinə aid olan məsələlər nəzarətə götürülüb və həlli üçün müvafiq addımlar atılıb.