Antonio Banderas Hollivuddan ayrıldı

antonio-banderas-hollivuddan-ayrildi
Oxunma sayı: 802

Tanınmış ispaniyalı aktyor Antonio Banderas Hollivuddan ayrılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Page Six” məlumat yayıb. 

Aktyorun bu qərarı verməsinə səbəb isə bir neçə il əvvəl infarkt keçirməsi olub. Səhhətində problem yarandığına görə Hollivuddakı həyatdan imtina etdiyini etiraf edən akytor İspaniyadakı doğma Malaqa şəhərinə qayıdıb.

65 yaşlı aktyorun şəxsi təyyarəsini satdığı, siqareti tərgitdiyi və Malaqada öz teatrını yaratdığı bildirilir. 

“İnfarkt mənim üçün ciddi bir xəbərdarlıq idi. Bu, həyata baxışımı dəyişdirdi.

...Ölümlə üzləşəndə anladım ki, həqiqətən də teatr aktyoruyam. Heç vaxt bu qədər xoşbəxt olmamışam”, - aktyor bildirib.

Hazırda Banderasın partnyoru Nikol Kimpel ilə yaşadığı, restoran biznesini idarə etdiyi və qeyri-kommersiya teatrı “Teatro del Soho”nu inkişaf etdirdiyi bildirilir.