“Araz” ötən il 4 minə yaxın qadını işlə təmin edib

araz-oten-il-4-mine-yaxin-qadini-isle-temin-edib
Oxunma sayı: 877

“Araz” supermarketlər şəbəkəsi qadınların məşğulluğunun təmin olunmasına dəstək verən və bu sahədə həyata keçirilən tədbirlərdə aktiv iştirak edən şirkətlərdən biridir.

“Qafqazinfo” xəbər verir ki, burada qadınlar işlə təmin olunmaqla yanaşı, onlar üçün təcrübə toplamaq  və karyera inkişafı imkanları yaradılır.

Bunun nəticəsidir ki, ötən il 4 minə yaxın qadın “Araz”da işlə təmin olunub. Hazırda “Araz”da çalışanların 51%-ni qadınlar təşkil edir. Onların orta yaş həddi 35-dir. 

Araz” peşəkar kadrlarla yanaşı, əmək fəaliyyətinə yeni başlayan və iş təcrübəsi olmayan qadınları da işlə təmin edir. Bu məqsədlə şirkətdə fəaliyyətə başlayan qadınların bilik və bacarıqlarının artırılması üçün mütəmadi olaraq təlimlər təşkil edilir, təkmilləşdirilmə proqramları həyata keçirilir. 2023-cü ildə 500-ə yaxın qadın əməkdaş “Araz”ın təşkil etdiyi təlimlərə qatılıb.

Eyni zamanda onların şəxsi inkişafı, peşəkarlıq göstəricilərinin yüksəldilməsi məqsədilə fərdi inkişaf planları hazırlanıb tətbiq edilir.  Bunun nəticəsidir ki, əmək fəaliyyətinə kiçik vəzifələrdən işə başlayan qadınlar müvafiq sahələr üzrə zəruri bilik və bacarıqlar əldə edərək karyera yüksəlişinə nail olurlar. Hazırda “Araz”da 200-ə yaxın qadın  mütəxəssis heyətində təmsil olunur. Rəhbər vəzifələrdə çalışanların isə 14,4%-i qadınlardan ibarətdir.  

Şirkət tərəfindən qadınların işlə təminatı sahəsində həyata keçirilən tədbir və təşəbbüslər müvafiq dövlət qurumları tərəfindən də yüksək dəyərləndirilir. Belə ki, 2023-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin  (DMA) sosial tərəfdaşı olan “Araz” “Qadınların məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” nominasiyası üzrə əsas mükafata layiq görülüb.