Arda Turan yenidən “Qalatasaray”da

arda-turan-yeniden-qalatasarayda
Oxunma sayı: 4002

Türkiyəli futbolçu Arda Turan “Qalatasaray”la müqavilə imzalayıb.

“Qafqazinfo” “Ajansspor.com”a istinadən xəbər verir ki, 33 yaşlı futbolçu sarı-qırmızılarla tam razılığa gəlib.

Arda Turan yeni mövsümdə Fernando Muslera ilə bərabər “Qalatasaray”ın kapitanlarından biri olacaq.

Qeyd edək ki, Turanın “Barselona” ilə olan müqaviləsi bu ilin iyununda bitib. 2019/20 mövsümündə türk icarə əsasları ilə “İstanbul”da çıxış edib. O, komandanın tərkibində 12 matç keçirib. 2020-ci ilin yanvarında klub futbolçu ilə icarə anlaşmasını pozub.

Turan “Qalatasaray”da 2000-2011-ci illərdə çıxış edib.