DSX və DİN birgə əməliyyat keçirdi - Foto

dsx-ve-din-birge-emeliyyat-kecirdi
Oxunma sayı: 696

Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən birgə narkotik əməliyyatı keçirilib.

“Qafqazinfo” DSX-yə istinadən xəbər verir ki, mayın 23-ü Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə keçirdiyi kompleks əməliyyat-qoşun tədbirləri keçirilib.

Əməliyyat nəticəsində ümumi çəkisi 38 kiloqram 130 qram narkotik vasitə və 2890 ədəd psixotrop tərkibli “Metadon M-40” həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.