“Araz-Naxçıvan” klubu məşqçisi Əfran İsmayılovla yolları ayırıb.
“Qafqazinfo” Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis rəhbərliklə görüşərək klubdan ayrılmaq istədiyini bildirib.
Rəhbərlik Ə.İsmayılovun müraciətini müsbət cavablandırıb. Sabiq futbolçu son 3 mövsümdə Naxçıvan klubunun məşqçilər korpusunda yer alıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” Misli Premyer Liqasının 2025/2026 mövsümünü 46 xalla 6-cı pillədə bitirib.
Son xəbərlər
Son Xəbərlər