Pakistandakı partlayışda ölənlərin sayı artdı

pakistandaki-partlayisda-olenlerin-sayi-artdi
Oxunma sayı: 429

Pakistanın Bəlucistan əyalətində qatarın partladılması nəticəsində ölənlərin sayı 47 nəfərə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Xinhua” agentliyi xilasetmə xidmətlərinin nümayəndələrinə istinadən məlumat yayıb.

Əyalətin Kvetta şəhərində baş vermiş hadisədə 20 hərbi qulluqçu daxil olmaqla, azı 98 nəfər yaralanıb.

Partlayıcı qurğunu terrorçu-kamikadzenin işə saldığı bildirilir.

Qeyd edək ki, Kvettadan Peşəvərə hərəkət edən qatarda hərbçilər və onların ailə üzvləri olub.