Yevlaxda ağır yol-nəliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gecə şəhərin Nizami prospektində qeydə alınıb.
1989-cu il təvəllüdlü Süleymanov İslam idarə etdiyi “Toyota” markalı avtomobillə hərəkətdə olarkən 2010-cu il təvəllüdlü piyada Qarayev Sahibi vurub.
Yaralı şəxs Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, sürücü İ.Süleymanov rayonda stomatoloq kimi fəaliyyət göstərir.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı


Son xəbərlər
Son Xəbərlər