Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

argentina-ve-fransa-novbeti-oyunlarina-cixacaqlar
Oxunma sayı: 705

Dünya çempionatının qrup mərhələsinin ikinci turunun oyunları davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu gecə daha 4 oyun baş tutacaq. 

Əvvəlcə son dünya çempionu Argentina Avstriya ilə qarşılaşacaq. 

Vitse-çempion Fransa isə İraqla üz-üzə gələcək. 

Norveç Seneqalı, İordaniya isə Əlcəzairi sınağa çəkəcək. 

DÇ-2026

İkinci tur

22 iyun

21:00. Argentina – Avstriya.

23 iyun

01:00. Fransa – İraq;

04:00. Norveç - Seneqal;

07:00. İordaniya - Əlcəzair.