Artur Rasizadə institutun adını dəyişdi

artur-rasizade-institutun-adini-deyisdi
Oxunma sayı: 5103

Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Dəyişikliyə əsasən, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu adlandırılıb.

Bu, Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumlarının siyahısına da əlavə edilib.