Danışıqları üç saatdan çox çəkdi - Yenilənib

danisiqlari-uc-saatdan-cox-cekdi
Oxunma sayı: 1356

Rusiya Prezidenti Vladimir Putin Moskvada ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerlə Ukrayna müharibəsinə son qoyulması ilə bağlı danışıqlar aparır.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, görüşdə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov və prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyev də iştirak edir.

Uitkoff və Kuşner sentyabrın 5-də Moskvadakı Vnukovo hava limanına gəliblər. Onları hava limanında Kirill Dmitriyev qarşılayıb.

Bu, müharibənin həlli ilə bağlı ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqların başlamasından bəri Putinlə ABŞ nümayəndələri arasında altıncı görüşdür.

ABŞ nümayəndələrinin Moskva səfərindən sonra sentyabrın 6-da Ukraynanın paytaxtı Kiyevə getməsi gözlənilir.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl Vitkoff və Kuşnerin Moskvaya yeni ideyalarla deyil, dörd ildən çox davam edən müharibəyə son qoymaq məqsədi daşıyan təkliflə gedəcəklərini bildirib.

“Onlar özləri ilə müharibəyə son qoymaq üçün bir təklif aparırlar”, – Tramp deyib. O, təklifin məzmunu barədə əlavə məlumat verməyib.

Uitkoff və Kuşner sonuncu dəfə yanvarın sonunda Moskvaya səfər edərək Kremldə Putinlə görüşüblər.

***

Rusiya Prezidenti Vladimir Putinin ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff və Cared Kuşnerlə Kremldə keçirdiyi görüş başa çatıb.

ABŞ nümayəndə heyətini daşıyan avtomobil karvanı artıq Kremli tərk edib. Görüş üç saatdan çox davam edib.

Uitkoff və Kuşnerin danışıqlardan sonra Kiyevə yola düşməsi gözlənilir.